Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu tutulub
Yerli mətbuat xəbər verir
İstanbul Respublika Baş Prokurorluğu mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində bu gün səhər saatlarında əməliyyat keçirib.
Yerli mətbuat xəbər verir ki, çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb. Hələlik həmin şəxslərin adları açıqlanmayıb.
Daha əvvəl hakimlərlə yanaşı, Superliqa və I Liqadan ümumilikdə 102 futbolçu mərc oyunlarında iştiraka görə diskvalifikasiya edilib.
Cəzalandırılanlar arasında tanınmış türkiyəli şərhçi Ahmet Çakar, “Galatasaray” və “Trabzonspor”un futbolçuları da var. İstanbul klubundan Metehan Baltacı 9 ay, Eren Elmalı isə 45 gün futboldan uzaqlaşdırılıb. “Trabzonspor”dan isə Boran Başqan 3 ay, Salih Malkoçoğlu 45 günlük cəza alıb.
Həmçinin Azərbaycan millisinin sabiq futbolçusu, “Neftçi” və “Səbail”in formasını geyinmiş Mert Çelik də 45 günlük diskvalifikasiya edilib.
1 dəqiqə