XƏBƏRLƏR / Qonşular

“Ermənistan məhsullarını Azərbaycan əvəz edəcək”

Bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi Boris Titov bildirib

“Ermənistan məhsullarını Azərbaycan əvəz edəcək”
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Prezidentinin xüsusi nümayəndəsi Boris Titov bildirib ki, Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarını Azərbaycan məhsulu ilə əvəz edəcək.

    O qeyd edib ki, "kənd təsərrüfatında Azərbaycan Rusiyaya Ermənistandan daha çox məhsul təmin edə bilər".

    Titov bildirib ki, Rusiya və Azərbaycan bir-birinin kənd təsərrüfatı məhsullarının mühüm təchizatçılarıdır.

    Onun sözlərinə görə, Azərbaycan meyvə-tərəvəz, Rusiya isə taxıl tədarük edir. O, ölkələr arasında dostluq münasibətlərinin inkişaf etməyə davam edəcəyinə ümid etdiyini bildirib.