Paşinyan Ərdoğanla telefonla danışıb
Bu barədə Türkiyə Prezident Aparatından xəbər veriblər
Türkiyə Prezident Aparatının məlumatına görə, iki lider telefonla Ankara və Yerevan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər. Paşinyan həmçinin Ərdoğanı bu yaxınlarda keçirilən Qurban bayramı münasibətilə təbrik edib.
Ərdoğan öz növbəsində qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması birbaşa ticarətin qurulmasına yönəlmiş addımlar sayəsində davam edir.
1 dəqiqədən az