XƏBƏRLƏR / Qonşular

102-ci hərbi baza haqda ermənilər arasında sorğu keçirilib

1001 respondentdən Rusiya bazasının Ermənistanda qalıb-qalmamasını soruşublar

102-ci hərbi baza haqda ermənilər arasında sorğu keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanda keçirilən sorğu: Təxminən 55% Rusiya Hərbi Bazasının Saxlanılmasını dəstəkləyir

    Ermənistanın özəl MPG şirkəti tərəfindən tərəfindən aparılan sorğunun nəticələrinə görə, Ermənistanda respondentlərin təxminən 55%-i Rusiyanın 102-ci Hərbi Bazasının ölkədə qalmalı olduğunu istəyir.

    39,7%-i bazanın ölkənin təhlükəsizliyini təmin etmək üçün zəruri olduğunu, 24,7%-i isə bazanın qalmalı olduğunu, lakin onun yerləşdirilmə şərtlərinin yenidən nəzərdən keçirilməli olduğunu bildirib.

    Respondentlərin 28,9%-i bazanın çıxarılmasını dəstəkləyib,

    6,8%-i isə qərarsız qalıb.

    Sorğu 22-24 sentyabr tarixlərində 1001 respondentlə telefon müsahibəsi vasitəsilə aparılıb.

    Qeyd edək ki, MPG şirkəti özünü ABŞ-ın "Gallup.İnc"lə əlaqələndirsə də, onun ABŞ şirkətinə heç bir dəxli yoxdur. Parlament seçkilərindən öncə şirkət sorğularında müxalifətin faizini həmişə artırıb, hakimiyyətin faizini isə kəskin azaldıb. Erməni şərhçıləri MPG-nin əsasında Rusiyaya yaxın qüvvələrinin durduğunu iddia edirlər.