Alen Simonyan Robert Köçəryanı rus casusu adlandırdı
Bunu Ermənistan parlamentinin spikeri Rusiyanın İrəvandakı səfiri Kopırkinlə görüşdən dərhal sonra deyib

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşüb. Ölkələr arasında ikitərəfli və parlamentlərarası əlaqələrə dair məsələlər müzakirə edilib.
Görüşdən dərhal sonra jurnalistlərlə brifinq zamanı Simonyan jurnalistlərə Rusiya Federasiyasından hibrid müharibəsi üçün gələn vəsaitlər barədə danışıb və Ermənistanın keçmiş prezidenti Köçəryanı “rus casusu statusuna malik” şəxs adlandırıb. "Mənim siyasi bəyanatlar vermək hüququm var. O (Köçəryan - ANS Press) Rusiyanın maraqlarına xidmət edən və yalnız bu istiqamətdə xidmət göstərən siyasi xadimdir", - o əlavə edib.