ŞKTR Türkiyənin tərkibində muxtar respublika ola bilər
Bunu Şimali Kiprin nəqliyyat və inkişaf naziri Erhan Arıklı bildirib

Şimali Kiprin nəqliyyat və inkişaf naziri Erhan Arıklı bildirib ki, Şimali Kipr Türkiyənin tərkibində muxtar respublika statusuna keçidi istisna etmir.
Həftə sonu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfər edib. Səfər zamanı Türkiyə Prezidenti Ankaranın Kipr məsələsi ilə bağlı danışıqlara hazır olduğunu bildirib.