Tehran-Bakı həftədə 4 dəfə, Təbriz-Bakı aviareysləri 2 dəfə
Bu barədə İranın yollar və şəhərsalma nazirinin müşaviri Əmin Taraffo məlumat verib

İranın yollar və şəhərsalma nazirinin müşaviri, nazirliyin beynəlxalq əlaqələr mərkəzinin direktoru Əmin Taraffo: Yaxın vaxtlarda Tehran və Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa reyslərin açılması planlaşdırılır.
Onun sözlərinə görə, Tehran-Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə, Təbriz-Bakı istiqamətində isə həftədə iki dəfə təşkil olunacaq.
Ə.Taraffo qeyd edib ki, hazırda İran Mülki Aviasiya Təşkilatı Azərbaycanın müvafiq strukturları ilə danışıqlar aparır. Mütəxəssislər yaxın vaxtlarda uçuşların təşkili üzərində işləyirlər.