XƏBƏRLƏR / Qonşular

Hikmət Hacıyev Səid Xətibzadə ilə görüşüb

Görüşdə Azərbaycan və İran arasında ikitərəfli əməkdaşlıq və regional gündəliyə dair məsələlər müzakirə edilib

Hikmət Hacıyev Səid Xətibzadə ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Səid Xətibzadə ilə görüşüb.

    Görüşdə Azərbaycan və İran arasında ikitərəfli əməkdaşlıq və regional gündəliyə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.