XƏBƏRLƏR / Qonşular

Ermənistan və İran iqtisadi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın iqtisadiyyat naziri Papoyan İranın İrəvandakı səfiri Şirqolamini qəbul edib

Ermənistan və İran iqtisadi əməkdaşlığı müzakirə ediblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan və İran iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər.

    Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İranın İrəvandakı səfiri Xəlil Şirqolamini qəbul edib. Tərəflər Ermənistan-İran iqtisadi əməkdaşlığının inkişafı, xüsusən də ticarət və investisiyaların genişləndirilməsi, eləcə də infrastruktur və biznes əlaqələrinin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

    Onlar həmçinin enerji və logistika sahələrində əməkdaşlıq perspektivlərini, eləcə də dizel yanacağı və maye qazın uzunmüddətli tədarükünü müzakirə ediblər.