XƏBƏRLƏR / Qonşular

Alen Simonyan Azərbaycana gəlir

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi özü bildirib

Alen Simonyan Azərbaycana gəlir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana gələcək.

    Bu barədə Alen Simonyan özü jurnalistlərə bildirib.

    Simonyan jurnalistlərə bildirib ki, "Gələn ay Azərbaycana səfər etməyi planlaşdırıram, amma Bakıya yox. Hikmət Hacıyev əvvəllər Ermənistana səfər etdiyi üçün indi təkrar səfər etməliyəm".

    Alen Simonyan qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir müddət əvvəl Ermənistana səfər edib. Bu dəfə o, Azərbaycana səfər edəcək.

    Simonyanın sözlərinə görə, səfər zamanı texniki məsələlər və əməkdaşlıq müzakirə olunacaq.

    Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu ilin iyun ayında ilk dəfə Ermənistanın Dilican şəhərinə səfər edərək, həmin vaxt Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Armen Qriqoryanla görüşmüşdü.

    Ermənistan Təhlükəsizlik Şurasının yaydığı məlumatda bildirilmişdi ki, növbəti görüş Azərbaycanda keçiriləcək.