XƏBƏRLƏR / Qonşular

Gürcüstan DTX-nin rəisi Bakıya səfər edib

Bu barədə DTX-dən məlumat verilib

Gürcüstan DTX-nin rəisi Bakıya səfər edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycanda səfərdə olan Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Tamaz Boraşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə DTX-dən məlumat verilib.

    Bildirilib ki, general-polkovnik Əli Nağıyev çoxəsrlik tarixə malik Azərbaycan-Gürcüstan əlaqələrinin xalqlarımızın qarşılıqlı hörmət və etimadına, səmimi dostluğuna əsaslandığını, həmçinin ölkələrin rəhbərləri arasında da eyni prinsiplərə söykənən münasibətlərin formalaşdığını qeyd edib.

    Tamaz Boraşvili öz növbəsində səmimi qəbul üçün minnətdarlığını bildirərək, artan qlobal təhdidlərə qarşı mübarizədə hər iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyinə diqqət çəkib.

    Daha sonra görüş iştirakçıları mövcud strateji tərəfdaşlıq münasibətləri, qarşılıqlı maraq doğuran aktual məsələlər, regionda cərəyan edən son proseslər və müasir təhlükəsizlik çağırışları ətrafında geniş fikir mübadiləsi aparıblar.