Ermənistanın ədliyyə naziri: Yeni Konstitusiya zərurətdir
Srbuhi Qalyan bəyan edib ki, seçkilərə qədər yeni Konstitusiyanın mətni hazır olmalıdır
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni Konstitusiyanın hazırlanmasının zəruriliyini bəyan edib.
“Dəfələrlə qeyd etdiyim kimi, bizim vəzifəmiz seçkilərə qədər yeni Konstitusiyanın mətninə sahib olmaqdır, işimiz bu istiqamətdə aparılmalıdır,” - nazir mətbuat konfransında bildirib.
O, eyni zamanda bildirib ki, "hazırkı konstitusiyanın mətnində sülh prosesinin həyata keçirilməsinə heç bir maneə yoxdur və bunu Konstitusiya Məhkəməsi də bəyan edib."