Kadırov Çeçenistan rəhbəri postunu tərk etmək istəyir
Bu barədə onun özü “Chechnya Today” xəbər agentliyinə açıqlamasında bildirib

Çeçenistan rəhbəri Ramzan Kadırov tutduğu vəzifədən azad edilməsini xahiş edir. Bu barədə onun özü “Chechnya Today” xəbər agentliyinə açıqlamasında bildirib.
Kadırov istefa verə biləcəyi ilə bağlı yayılan xəbərləri belə şərh edib. "Mən özüm də vəzifəmdən azad olunmasını xahiş edirəm. Digərin (varişinin - ANS Press) öz təşəbbüsü, öz baxışı olacaq. "Ümid edirəm ki, xahişim dəstəklənəcək", - Kadırov bildirib.
Çeçenistan rəhbəri səlahiyyətlərinin götürülməsini konkret olaraq kimin tələb etdiyini açıqlamayıb.