XƏBƏRLƏR / Qonşular

İranda Müctəba Xameneini tənqid etməyə başlayıblar

Ali Liderin SEPAH-daki nümayəndəsi Abdulla Hacı Sadeqi od püskürdü

İranda Müctəba Xameneini tənqid etməyə başlayıblar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Ali Lideri Müctəba Xamenei vəzifəyə gəldikdən bəri heç bir rəsmi açıqlama vermədiyi üçün ictimaiyyətdən tamamilə yayınmağa davam edir.

    Bunu İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) Rəhbərin nümayəndəsi Abdulla Hacı Sadeqi deyib. O, qapalı hökumət formatına dəyişiklik etməyə çağırıb.
    Sadeqi vurğulayıb ki, hazırkı böhranda hökumət mərhum Əli Xameneinin etdiyi kimi vətəndaşlara birbaşa müraciət etmək məcburiyyətindədir.

    "12 günlük müharibə zamanı şəhid imamımız mikrofonu götürdü, xalqa müraciət etdi və onları sakitləşdirdi... Əlbəttə ki, biz sirlərin açılmalı olduğunu demirik, amma insanlara vəziyyətlə bağlı hesabatlar verilməlidir ki, düşmən onlardan istifadə edə bilməsin", - deyə o qeyd edib.

    (İran İnternational)