XƏBƏRLƏR / Qonşular

Əli Xamenei Məşhəddə dəfn ediləcək

İranın Ali Rəhbəri ilə üç günlük vida mərasimi keçiriləcək

Əli Xamenei Məşhəddə dəfn ediləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei vida mərasimindən sonra Məşhəd şəhərində dəfn olunacaq.

    Bu barədə İRNA xəbər verib.

    Tehran Şəhər Bələdiyyəsi sədrinin müavini Məhəmmədəmin Tovəkkolizadə bildirib ki, iyunun ortalarında İranın sabiq Ali Rəhbəri ilə vida mərasimi üçün 3 günlük proqram hazırlanır.

    O bildirib ki, Tehranda keçiriləcək vida mərasiminin bir gün davam edəcəyi gözlənilir, bundan sonra Xameneinin nəşi Qum şəhərinə, daha sonra isə Məşhədə aparılacaq.

    Sədr müavini Tehranda vida mərasimində 15-20 milyon insanın iştirak edəcəyinin gözlənildiyini vurğulayıb.

    Məhəmmədəmin Tovəkkolizadə qeyd edib ki, İranın sabiq Ali Rəhbəri vəsiyyətinə uyğun olaraq, İmam Rza türbəsində dəfn olunacaq.

    Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrail Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.