XƏBƏRLƏR / Qonşular

Qarsda Ermənistan və Türkiyənin iş adamları görüşüb FOTO

Tədbir münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi kimi nəzərdə tutulub

Qarsda Ermənistan və Türkiyənin iş adamları görüşüb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi olaraq və Ermənistan Respublikası və Türkiyə Respublikası hökumətlərinin dəstəyi ilə 2 iyun tarixində Ermənistan işgüzar dairələrinin nümayəndələri Ermənistan-Türkiyə quru sərhədini keçərək Türkiyə işgüzar dairələrinin nümayəndələri ilə görüşdə iştirak etmək üçün Qarsa səfər ediblər.

    İki ölkənin işgüzar dairələri Ermənistan və Türkiyə arasında ikitərəfli ticarətin başlanması üçün yaradılmış əlverişli atmosferi alqışlayıblar.

    Görüş zamanı iki ölkənin qida, içki, butulka su, şirələr, meyvə, tütün, tikinti, turizm, gülçülük və digər sektorları təmsil edən işgüzar dairələrinin nümayəndələri Ermənistan və Türkiyə arasında ticarət əməkdaşlığı üçün əhəmiyyətli potensialı vurğuladılar və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

    Görüş iştirakçıları Türkiyədə Ermənistan və Türkiyə arasında birbaşa ticarətin başlanması üçün zəruri inzibati prosedurların tamamlanmasını alqışlayıblar. Bu, iki ölkə arasında yük daşınmalarının üçüncü ölkə vasitəsilə "Ermənistan/Türkiyə" təyinat yeri və ya mənşə ölkəsi kimi qeyd olunmasına və əksinə, mümkün olacaq. 

    Onlar həmçinin Ermənistan mallarının Axalkalaki (Gürcüstan) - Qars (Türkiyə) dəmir yoluna çıxışının təmin edilməsinin vacibliyini vurğulayəblar ki, bu da ikitərəfli və regional ticarət üçün yeni imkanlar yaradacaq.