Paşinyan Gürcüstana işgüzar səfərə gedir
Ermənistan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gedir.
Baş nazirlikdən bildirilib ki, Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası yanvarın 26-da Tbilisidə keçiriləcək.
Baş nazir Nikol Paşinyanla Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında təkbətək görüş də planlaşdırılır.