Ermənistanın müdafiə naziri Azərbaycanla sərhədə gəldi
Bu barədə erməni mətbuatı məlumat yayıb
Ermənistanın müdafiə naziri Suren Papikyan yanvarın 21-də Azərbaycanla sərhəddəki yanğın baş vermiş hərbi hissəyə gedib. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Papikyanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Edvard Asryan və digər yüksək rütbəli hərbçilər müşayiət edib.
Qeyd olunur ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi general-mayor Aşot Zakaryan müdafiə nazirinə insidentlə bağlı bəzi təfərrüatları təqdim edib.
Müdafiə naziri analoji halların tamamilə istisna edilməsi üçün məsul idarə rəislərinə yanğın təhlükəsizliyi qaydalarına ciddi diqqət yetirməyi tapşırıb.
Xatırladaq ki, yanvarın 19-na keçən gecə Azərbaycanla sərhədə yaxın ərazidə yerləşən Qeqarkunik rayonunun Azat kəndindəki hərbi hissədə yanğın baş verib. Nəticədə 15 hərbçi ölüb, 3-ü ağır xəsarət alıb.