Paşinyan Qarabağdakı məğlubiyyətin müsbət tərəfindən danışdı
Bu barədə Ermənistanın baş naziri Vaşinqtonda yerli erməni icmasının nümayəndələri ilə görüşdə deyib

Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda yerli erməni icmasının nümayəndələri ilə görüşündə: 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibədə məğlubiyyət “müstəqil və suveren ölkəyə sahib olmağa imkan verdi”
“Deyə bilərəm ki, məğlubiyyətə uğrayaraq müstəqil və suveren dövlətə sahib olmaq imkanı qazandıq”, - dedi.