XƏBƏRLƏR / Qonşular

İrəvandakı "Artsax nümayəndəliyi"ni bağlaya bilərlər

Bu barədə Ermənistanın muxalif mediası yazır

İrəvandakı "Artsax nümayəndəliyi"ni bağlaya bilərlər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın müxalif "Joghovurd" qəzeti mənbəyə istinadən xəbər verir ki, qondarma "Artsax"ın İrəvandakı nümayəndəliyi ilin sonuna qədər bağlana bilər və ya 11 dekabrda aparılan axtarışlardan sonra "nümayəndəliyin" binası hakimiyyət tərəfindən müsadirə edə bilər.

    Qəzetin məlumatına görə, "Artsax rəsmiləri" ofisin bağlanması ehtimalını, eləcə də mümkün həbsləri istisna etmirlər. Onlar əmindirlər ki, təhlükəsizlik qüvvələrinin əsas hədəfi "Artsax prezidenti" Samvel Şahramanyandır.