Çiaturada gürcü mədənçilərin tətili davam edir
Aksiya iştirakçılarından biri damarlarını kəsib, digəri gözlərini tikib
Gürçüstanın Çiatura şəhərində yerli mədənçilərin tətili davam edir.
Vəziyyət son həddə qədər gərgindir - aksiya iştirakçılarından biri damarlarını kəsib, digəri gözlərini tikib.
Tətil 13-cü gündür davam edir, mədənçilərdən 10-u artıq bir həftədir aclıq aksiyası keçirir.
Mədənçilərin əsas tələbləri:
- Əmək haqqının 40 faiz artırılması;
- İş gününün azaldılması;
- Sığorta paketinin təkmilləşdirilməsi;
- Mədənlərin istismarı ilə əlaqədar şəhərlərdə yaranan ekoloji problemlərin həlli.