Xomeyninin nəvəsi siyasi arenaya çıxmağa cəhd edir
Əli Əhməd Xomeyni ən asan yolu seçib: ABŞ və İrailə hədə qorxu
Ayətullah Ruhullah Xomeyninin nəvəsi Əli Əhməd Xomeyni İsrail və ABŞ-a qarşı təhdid dolu açıqlamalar verib.
Livan televiziya kanalı Mayadeen-ə verdiyi müsahibədə Xomeyni bildirib ki, israillilər "yaxşı bilirlər" ki, əgər hər hansı bir İslam ölkəsi İsrailə raket atmaq və onu "məhv etmək" qabiliyyətinə malik olarsa, onlar da HƏMAS-ın etdiyi kimi İsrailə də eyni şeyi edəcəklər.
Xomeyninin nəvəsi həmçinin iddia edib ki, hazırda İsrailə qarşı çıxmayan region ölkələrinin bunu edə bilmədiklərini bəyan edirlər.
Xomeyni bəyan edib ki, Fars körfəzi dövlətləri də daxil olmaqla, bütün müsəlman ölkələri fürsət düşən kimi İsraili bombalayacaqlar. O, əlavə edib ki, müsəlmanlar "onlardan (israillilərdən) heç qorxmurlar".
Amerikalılara müraciət edən Xomeyni sərt xəbərdarlıq edib: "Bizi alçaldılmış görməkdənsə, ölməyi üstün tutursunuz".
1 dəqiqə