XƏBƏRLƏR / Qonşular

Cavad Zərif:"Biz Azərbaycanı təhdid prizmasından qavrayırıq"

İranın keçmiş xarici işlər naziri çıxışında hicab məsələsinə də toxunub VİDEO

Cavad Zərif:"Biz Azərbaycanı təhdid prizmasından qavrayırıq"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın keçmiş xarici işlər naziri, müstəqil siyasətçi, nüfuzlu diplomat və alim  Məhəmməd-Cavad Zərif islam respublikasının xarici siyasətini və qonşulara münasibətlərini sərt tənqid edib. VİDEO

    "Biz Azərbaycanı təhdid prizmasından qavrayırıq. Biz eynilə, Ermənistana da bu cür yanaşırıq, baxmayaraq ki, daha az dərəcədə.  Tacikistan, Türkmənistan — onların hamısında bir təhdid görürük. Biz ümumiyyətlə hər şeyi təhdid kimi qavrayırıq.

    Hicabı müdafiə səngəri kimi nəzərdən keçiririk. Sosial məsələ necə hərbi məsələyə çevrilir? Çünki biz onda təhdid görürük.

    Bu vəziyyətdən çıxmaq üçün təfəkkürümüzü dəyişməliyik. Biz təhdidyönümlü yanaşmanı imkanyönümlü yanaşma ilə əvəz etməliyik" - Zərif qeyd edib.