XƏBƏRLƏR / Qonşular

"Qırmızı Xaç"ı azərbaycanlı əsirin yanına buraxmırlar

Bu barədə Ermənistan mənbələri yazırlar

"Qırmızı Xaç"ı azərbaycanlı əsirin yanına buraxmırlar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beynəlxalq Qızıl Xaç Komitəsi iki aylığına həbs olunmuş, Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı müvafiq orqanlarla əlaqə saxlayır.

    "Onların razılığını aldıqdan sonra onu ziyarət edə biləcəyik", - deyə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya rəhbəri Zara Amatuni "Azadlıq" radiosuna bildirib.

    Xatırladaq ki, 1 oktyabr 2026-cı ildə Azərbaycan vətəndaşı və hərbçi Nəsimi Musayev Sünik vilayətinin Sisian icmasının Şaki kəndində əsir götürülüb.