XƏBƏRLƏR / Qonşular

İran köhnə səhvlərini davam etdirməməlidir...

Bunu Türkiyə XİN rəhbəri Hakan Fidan "Əl-Cəzirə"yə müsahibəsində deyib

İran köhnə səhvlərini davam etdirməməlidir...
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin xarici işlər naziri Fidan İrana: İndi köhnə səhvləri davam etdirməyin vaxtı deyil.

    “İranın region ölkələrindəki milislər vasitəsilə xarici siyasəti məsələsi İranın uzun müddət böyük risk altında həyata keçirdiyi siyasətdir. O, müəyyən uğurlara imza atıb, lakin bu uğurları qoruyub saxlamaq üçün ödədiyi qiymət daha yüksəkdir. İraq və Suriyadakı qazanclarını qorumaq üçün İran bu qazanclardan daha çoxunu qurban verməli oldu”, - Türkiyənin xarici işlər naziri Fidan "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib.

    Onun sözlərinə görə, İran yeni dövrün hadisələrindən böyük dərslər alıb. "İndi köhnə səhvləri davam etdirməyin vaxtı deyil", - nazir vurğulayıb.

    O, İranın kürd hərbi-siyasi təşkilatı PKK/YPG-yə dəstək verməsi ehtimalı ilə bağlı iddialara da münasibət bildirib və İranın keçmişdə olduğu kimi siyasətini davam etdirməsinin yanlış olacağını qeyd edib.

    Fidan əlavə edib: “Əgər siz başqa ölkədə hansısa qrupa dəstək verməklə narahatçılıq yaratmaq istəyirsinizsə, o zaman başqa bir ölkə də ölkənizdəki digər qüvvələri dəstəkləməklə sizə narahatlıq yaratmaq istəyəcək”.