XƏBƏRLƏR / Qonşular

Pezeşkian İran vətəndaşlarına çağırış etdi

Evdə 10 lampa əvəzinə 2 lampa yandırmaqda nə problem var?

Pezeşkian İran vətəndaşlarına çağırış etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Prezidenti Məsud Pezeşkian vətəndaşları elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb.

    İran Prezidenti jurnalistlərə deyib: "Düşmənlər infrastrukturumuzu dağıdır və bizi mühasirəyə alırlar ki, insanlar narazı qalsınlar və mövcud məmnuniyyət narazılığa çevrilsin. İnsanlar narazılığın yaranmasına imkan verməməlidirlər. İndi insanların qurban verməsinə ehtiyacımız yoxdur, amma istehlakı nəzarətdə saxlamalıyıq. Evdə 10 lampa əvəzinə 2 lampa yandırmaqda nə problem var?".