XƏBƏRLƏR / Qonşular

İranın Azərbaycandakı səfirliyi erməniləri təkzib etdi

Erməni mənbələri Xudafərin körpüsünün İranın hədəfinə çevrilə biləcəyi haqda məlumat yayıb

İranın Azərbaycandakı səfirliyi erməniləri təkzib etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Azərbaycandakı səfirliyi Xudafərin körpüsünə mümkün zərbə barədə məlumatları təkzib edib.

    Daha əvvəl sosial mediada İranın hərbi texnikası və raketlərinin Azərbaycanla sərhəd yaxınlığında yerləşdirilməsi ilə bağlı iddialar ortaya çıxmışdı.

    Erməni iranşünası Vartan Voskanyan Xudafərin körpüsünün və sərhəd bölgəsindəki strateji yolun İranın hədəfinə çevrilə biləcəyini bildirmişdi.

    Lent.az-ın sorğusuna cavab olaraq İran səfirliyi bu iddiaları "əsassız və yalan" adlandıraraq, hətta cavab verməyə belə layiq olmadığını əlavə edib.