XƏBƏRLƏR / Qonşular

Rusiya Prezidentinin inauqurasiyasıdır VİDEO

Bu, Vladimir Putinin beşinci Prezident andiçmə mərasimidir

Rusiya Prezidentinin inauqurasiyasıdır VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:55

    Moskvada Rusiya Prezidentinin inauqurasiyasıdır.

    Mərasim Böyük Kreml sarayının Andreyevsk zalında keçirilir. Bu, Vladimir Putinin beşinci inauqurasiyasıdır, onun hazırkı prezidentliyi isə 2030-cu ilədək davam edəcək.

    VİDEO

    ***

    12:38

    Bu gün Moskvada Rusiya Prezidentinin inauqurasiyası olacaq.

    Mərasim Böyük Kreml sarayının Andreyevsk zalında keçiriləcək. Bu, Vladimir Putinin beşinci inauqurasiyasıdır, onun hazırkı prezidentliyi isə 2030-cu ilədək davam edəcək.

    Vladimir Putinin 2000-ci ildə ilk inauqurasiyasının keçirildiyi vaxtdan bəri mərasim mayın 7-də təşkil edilir. Bu tarix “Rusiya Federasiyası Prezidentinin seçkiləri haqqında” Qanunla müəyyən olunur. Qanuna görə, inauqurasiya əvvəlki dövlət başçısının vəzifələrinin icrasına başlamasından altı il sonra keçirilir.

    Prezidentin andiçməsinin mətni Konstitusiyada təsbit olunub. Bu il Prezidentlə yanaşı tribunada RF Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin, Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Vyaçeslav Volodin olacaqlar. Adətən, and içdikdən sonra Prezident xalqa müraciətlə çıxış edir.

    Qanunun tələblərinə əsasən, dövlət başçısı inauqurasiyadan sonra Rusiya hökumətini istefaya göndərir. Həmçinin RF Prezidenti Administrasiyasının rəhbərinin də avtomatik olaraq səlahiyyət müddəti başa çatır. İnauqurasiyadan sonrakı iki həftə ərzində Prezident hökumətin yeni başçısının namizədliyini Dövlət Dumasına təqdim etməlidir. Parlamentin təsdiqindən sonra dövlət başçısı onu vəzifəsinə təyin edir.