Ermənistanın revanşist müxalifəti birləşməyə cəhd edir
Bu Rusiya iş adamı Karapetyanın həbsindən sonra baş verib
Rusiya iş adamı Samvel Karapetyanın həbsındən sonra Ermənistan müxalifəti hərəkətə keçib.
Belə ki, bir neçə müxalif siyasi qüvvə, o cümlədən iki parlament siyasi qüvvəsi, ümummilli konsolidasiya yaradıldığını elan edib.
Bəyanatı "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan (bu gün ofisində axtarış aparılıb) oxuyub. O, bir sıra məsələlərə fərqli yanaşmalara baxmayaraq, ölkənin üzləşdiyi taleyüklü problemlərin ciddiliyini qəbul etdiklərini qeyd edib.
12 siyasi qüvvə adından verilən bəyanatda xüsusilə aşağıdakı məqsədlər qeyd olunub:
- "Əliyev Konstitusiyası"nın məcburi tətbiqinin rədd edilməsi
- Birtərəfli güzəştlər və ərazi itkiləri olmadan sülh
- Milli kimliyin və Müqəddəs Erməni Apostol Kilsəsinin qorunması
- Demokratik hüquq və azadlıqların bərpası
İmza sahibləri bütün siyasi qüvvələri, ictimai xadimləri və fəalları prioritet milli məsələlər üzrə ictimai birlik atmosferi yaratmaq üçün birləşməyə çağırıblar.
1 dəqiqə