Ermənistan parlamenti Paşinyanın istefasını müzakirə edir
Paşinyan isə BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Moskvadan Nyu-Yorka uçub YENİLƏNİB

Ermənistan parlamenti milli böhran və idarəçilikdəki uğursuzluqlar səbəbindən Baş nazir Nikol Paşinyana etimadsızlıq ifadə edən qanun layihəsini müzakirə edir.
“Milli böhran və idarəetmənin uğursuzluğu haqqında” adlı qanun lahiyəsini müxalifət irəli sürüb.
İmpiçment ideyası Serjik Sarkisyanın (hərbi cani - ANSPress) “Şərəfim var” blokuna məxsusdur və parlamentin ən böyük müxalifət qüvvəsi – “Ermənistan” fraksiyası deputatların lazımi 36 səsini toplamaq mümkün olarsa, onu dəstəkləməyə hazırdır.
“Ermənistan” parlament fraksiyası “Şərəfim var” blokundan olan həmkarlarının hakimiyyətə impiçment elan edilməsi təşəbbüsünü dəstəkləyib.
Fraksiyanın nümayəndəsi İşxan Saqatelyan bu gün keçirilən dinləmələrdə “Ermənistan”dan olan 28 deputatın hamısının imzasını təşəbbüsçülərə verib. Lakin layihənin dövriyyəyə buraxılması üçün ümumilikdə 36, uğurlu səsvermə üçün isə 54 səs lazımdır. Ümumilikdə “Ermənistan” və “Şərəfim var” partiyalarının 34 səsi var.
Paşinyan isə BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Moskvadan Nyu-Yorka uçub.