XƏBƏRLƏR / Qonşular

Gürcüstan Prezidenti aprelin 15-də Azərbaycana səfər edəcək

Bu barədə Gürcüstan mətbuatı ölkə prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb

Gürcüstan Prezidenti aprelin 15-də Azərbaycana səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycana səfər edəcək.

    Bu barədə Gürcüstan mətbuatı ölkə prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, bu, Kavelaşvilinin 2024-cü ilin sonunda andiçmə mərasimindən sonra ilk xarici səfəri olacaq.

    Bundan əvvəl Kavelaşvilinin beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya Azərbaycandan sonra Gürcüstan Prezidentinin Ermənistana səfər edəcəyi barədə məlumat vermişdi.