XƏBƏRLƏR / Qonşular

Ankara ilə yaxın gələcəkdə diplomatik münasibətlər quracağıq

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Dünya Sammitində iştirakçılardan birinin sualına cavab verərkən deyib

Ankara ilə yaxın gələcəkdə diplomatik münasibətlər quracağıq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Türkiyənin yaxın gələcəkdə diplomatik münasibətlər quracağına əminliyini ifadə edib.

    Paşinyan bu açıqlamanı 2026-cı il Erməni Dünya Sammitində iştirakçılardan birinin sualına cavab verərkən verib.

    "Ermənistan və Türkiyə hələ diplomatik münasibətlər qurmayıblar, amma əminəm ki, bu münasibətlər yaxın gələcəkdə bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədləri tanınmaqla qurulacaq. Və düşünürəm ki, bu, sənədləşdirməli olduğumuz bir faktdır", - deyə Ermənistanın Baş naziri bildirib.