XƏBƏRLƏR / Qonşular

Samvel Karapetyanla bağlı 36 şəxsə qarşı cinayət işi açılıb

Bu barədə Ermənistan İstintaq Komitəsindən bildiriblər

Samvel Karapetyanla bağlı 36 şəxsə qarşı cinayət işi açılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan Respublikasının İstintaq Komitəsi rusiyalı iş adamı Samvel Karapetyanla bağlı 36 şəxsə qarşı cinayət işi açıb.

    Bu barədə İstintaq Komitəsinin sözçüsü Kima Avdalyan sosial mediada Samvel Karapetyanla əlaqəli obyektlərdə bu gün aparılan genişmiqyaslı axtarışlardan sonra məlumat verib:
    "S.K.-nın təşkilatçılığı və rəhbərlik etdiyi cinayətkar qrupun üzvləri şirkətin gündəlik əməliyyatları üzərindəki səlahiyyətlərindən sui-istifadə edərək irimiqyaslı oğurluq törədiblər.

    "Ermənistan Elektrik Şəbəkələri"nə 64,5 milyard dram (180 milyon dollar) məbləğində ziyan dəyib."

    Ermənistan mətbuatının yazdığına görə, "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin İdarə Heyətinin üzvü Vardan Makaryan saxlanılıb. O, əvvəllər Ermənistanın sabiq prezidenti (hərbi cani - ANS Press) Serj Sarkisyanın Administrasiyasının rəhbəri vəzifəsində çalışıb, həmçinin Armen Sarkisyanın prezidentliyi dövründə Administrasiyanın rəhbərinin səlahiyyətlərini icra edib.