Paşinyan: "Erməni Apostol Kilsəsi işğal edilib"
Baş nazir bildirib ki, icma keşişin seçilməsinə həlledici təsir göstərməlidir
Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin (AAC) "işğal edildiyini" və dindarların Kilsənin idarəçiliyindən kənarlaşdırıldığını bəyan edib.
"Kilsə katolikos və ya yepiskop deyil. Kilsə dindardır. Dindarlar Kilsənin idarəçiliyindən kənarlaşdırılıblar", - deyə Paşinyan bildirib.
O, həmçinin Kilsə məsələsi ilə bağlı araşdırma komissiyası yaratmağı təklif edib. O bildirib ki, komissiyanın nəticələri müvafiq qanunvericilik təşəbbüslərinin qəbul edilməsinə və Kilsənin "işğalına" son qoyulmasına gətirib çıxarmalıdır.
"Ktriç Nersisyan (katalikios II Qareqin -ANSPress) kimdir ki, bizim Ən Müqəddəs məkanımızda otursun? O, küfr edən, murdar bir insandır," - Baş nazir deyib
Paşinyan həmçinin bildirib ki, icma keşişin seçilməsinə həlledici təsir göstərməli və ya heç olmasa bu prosesə əhəmiyyətli dərəcədə təsir göstərməlidir.
1 dəqiqə