Ukrayna müdafiə naziri Rustem Umerov Türkiyə səfər edib
İki ölkə Müdafiə Nazirliyinin rəhbərləri Yaşar Gülər və Rustem Umerov arasında mətbuata qapalı görüş keçirilib
Ankarada Türkiyə və Ukrayna Müdafiə Nazirliyinin rəhbərləri Yaşar Gülər və Rustem Umerov arasında mətbuata qapalı görüş keçirilib.
Mayın 13-də Ukrayna Ali Radasının sədri Stefançuk Türkiyəyə 2 günlük səfərə gəlib. O, Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuşla bir sıra ikitərəfli görüşlər və danışıqlar aparacaq. Ali Radanın saytında dərc olunan press-relizdə deyilir ki, görüşlərdə Ukrayna sülh düsturunun həyata keçirilməsi, Ukraynanın bərpası, xüsusən də Türkiyənin yenidənqurma prosesinə cəlb edilməsi mövzuları qaldırılacaq.