Ermənistanda müharibədən qaçan 3 hərbçi həbs olunub
Bunu ölkənin İstintaq Komitəsinin mətbuat xidməti açıqlayıb
Ermənistanda 44 günlük müharibədə fərariliyə görə 3 hərbçi həbs edilib.
"Sputnik Armenia" xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsinin mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, bunlar batalyon komandirinin müavini mayor A.S., tağım komandirləri, leytenantlar V.T. və fərdi öhdəliklərini yerinə yetirməkdən imtina edən R.G.-dir.
Hazırda araşdırmalar davam etdirilir.