İran Prezidenti Türkiyəyə gedir?
Səfər zamanı İbrahim Rəisi həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşməlidir
Bu gün İran Prezidenti İbrahim Rəisi Türkiyəyə rəsmi səfər edəcək. Səfər zamanı Rəisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Prezidentlər Qəzzadakı müharibəni və Yaxın Şərqlə bağlı digər mühüm məsələləri müzakirə edəcəklər.
Lakin "Frans Press" Agentliyi (AFP) İran prezidenti İbrahim Rəisinin Türkiyəyə bu günə planlaşdırılan səfərinin baş tutmayacağını yazır.
Səfərin təxirə salındığı və ya ləğv olunduğu bəlli deyil. Səfərin baş tutmamasının səbəbi də hələlik bilinmir.
Qeyd edək ki, Rəisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla 26 noyabr tarixində telefon danışığı aparıb. Tərəflər Qəzza məsələsini müzakirə ediblər.