İrəvana gedən nümayəndə heyətimiz artıq Bakıdadır
Nümayəndə heyətlərini Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qəbul edib FOTO
10:15
İrəvana gedən ümayəndə heyətimiz artıq Bakıdadır.
Səfərin yekunları haqda jurnalistlərə politoloq Fərhad Məmmədov məlumat verib.
Məmmədov vurğulayıb ki, görüş zamanı bir çox məsələlər müzakirə olunub:
“Bu, vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü idi. Görüşə hökumətlər də dəstək verdilər. Təşkilatçılıq baxımdan hər iki hökumət səy göstərdi. Son 25-30 ildə ilk dəfə idi ki, Azərbaycana məxsus təyyarə Ermənistanın paytaxtına eniş etdi. Görüş zamanı bir çox məsələlər müzakirə edildi. Onsuz da biz müəyyən beynəlxalq tədbirlər çərçivəsində xarici təşkilatların təşkil etdiyi müzakirələrdə Ermənistandan olan ekspertlərlə görüşürük. Bu görüş isə ikitərəfli formatda baş verdi. Burada hər hansı üçüncü tərəf nə təşkilatçı, nə təşəbbüskar kimi iştirak edib. Eyni zamanda, görüş məkanında hər hansı üçüncü tərəf iştirak etməyib”.
***
2025-10-22 20:05
İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.

Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva və 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova yer alıblar.

Erməni tərəfindən Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.
Nümayəndə heyətlərini Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qəbul edib.
2 dəqiqə