XƏBƏRLƏR / Qonşular

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə görüşüb

Bu barədə məlumatı "Mehr" yayıb

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.

    Bu barədə məlumatı "Mehr" yayıb.

    Məlumata görə, F.Sadiq Azərbaycanla əlaqələrin İran üçün çox önəmli olduğunu bildirib.

    O, 16-cı Azərbaycan-İran Birgə İqtisadi Komissiyanın iclasının tezliklə Tehranda keçirilməsini təklif edib:

    “Biz Şimal-Cənub dəhlizinin inkişafında dönüş nöqtəsi sayılan Rəşt-Astara dəmir yolunun tikintisinə başlamışıq. Bu dəmir yolu infrastrukturunun inkişafında Azərbaycanın əməkdaşlığı çox vacibdir. Bundan əlavə, iki ölkə arasında 15 milyon ton yük tranziti hədəfinə çatmaq üçün plan hazırlanmalıdır”.

    Azərbaycan və İran həm də Şərqi Zəngəzurdan Naxçıvana dəmir yolunun tikintisini müzakirə ediblər.

    İrana səfər çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyəti İranın dəmir yolu administrasiyasının rəhbərliyi ilə görüş keçirib.

    Biz İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsini təmin edəcək dəmir yolu xəttinin tikintisini müzakirə etdik.

    Qeyd edək ki, Ş.Mustafayev oktyabrın 14-də Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb.