İstanbulda daha bir bələdiyyə sədri şübhəli qismindədir
"TRT Haber" məlumat yayıb

İstanbulun Beyoğlu Bələdiyyəsinin başçısı İnan Güney şəhər Baş Prokurorluğu tərəfindən ifadə verməyə çağırılıb.
Prokurorluq tərəfindən ona qarşı Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul Qurultayı seçkilərində saxtakarlıq edilməsi və “Siyasi partiyalar haqqında” Qanunun pozulması iddiası ilə istintaq başlanıb.