XƏBƏRLƏR / Qonşular

Paşinyan: Bakı ilə razılaşma Ermənistanı Kremldən xilas etdi

Bunu Ermənistan baş naziri parlamentdə çıxışı zamanı bəyan edib

Paşinyan: Bakı ilə razılaşma Ermənistanı Kremldən xilas etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Paşinyan etiraf etdi: Bakı ilə razılaşma Ermənistanı Kremldən xilas etdi

    Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib ki, 2022-ci il oktyabrın 6-da Praqa bəyannaməsi imzalandıqdan sonra o, “bir forpostun baş naziri vəzifəsini dayandırıb”. Onun sözlərinə görə, bu addım ölkənin müasir tarixində “dönüş nöqtəsi” olub və Ermənistanın “əsl müstəqilliyə” keçidinin simvolu olub.

    "Elə bir dövr var idi ki, Ermənistan praktiki olaraq əmin idi ki, hətta ən dost ölkələr belə Ermənistanın ərazi bütövlüyünü tanımır. Bu, bizə ayıldıcı təsir etdi. Söhbət Ermənistanın "Qarabağı itirməsindən" yox, "Ermənistanı qazanmasından" gedir. Bu, "uğur hekayəsidir”, - Paşinyan əlavə edib.