Ermənistanda tutatutdur: polis həbslər həyata keçirir
Ölkə üzrə Daşnak partiyasının üzvləri, “Müqəddəs mübarizə” təşəbbüsünün tərəfdarları və s. müxalifətçilər saxlanılır

Deputat Artur Sarkisyan “Müqəddəs mübarizə” təşəbbüsünün 20-dən çox tərəfdarının saxlanıldığını bildirib.
Daşnaktsutyun partiyasından bildiriblər ki, partiyanın regional strukturlarından məsul işçilərinə qarşı həbslər və axtarışlar aparılıb.
Həbslər Paşinyanın Türkiyəyə səfəri ilə eyni vaxta düşüb.
Yerli media məlumat yayıb ki, müxalif qüvvələr baş nazir Paşinyanın Türkiyədən qayıdan zaman hava limanında iğtişaşlar və qanundan kənar hərəkətlərin törədilməsinə hazırlıq aparıblar və polis qabaqlayıcı tədbirlər görməyə məcbur olub.
Medianın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi belə məlumat yayıb:
"Daxili İşlər Nazirliyinin polis bölməsinə ictimai asayişin pozulması planları haqda əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyi polisi gücləndirilmiş iş rejimindədir, qabaqlayıcı və izahat tədbirləri davam etdirilir.
İctimai asayişi qorumağa çağırırıq. İstənilən qeyri-qanuni hərəkətlərə sərt cavab veriləcək".
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi mətbuat xidməti məlumat yayıb.