Ərdoğan Pezeşkianla telefonla danışıb
Türkiyə Prezidenti iranlı həmkarına İran və ABŞ arasında vasitəçilik etməyə hazır olduğunu bildirib
Türkiyə və İran prezidentləri telefon danışığı aparıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkianı Türkiyənin gərginliyi azaltmaq və həlli asanlaşdırmaq üçün İran və ABŞ arasında vasitəçilik etməyə hazır olduğunu bildirib. O, həmçinin bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcəyini də açıqlayıb.
1 dəqiqədən az