XƏBƏRLƏR / Qonşular

İran Ermənistana qaz ixracını iki dəfə artıracağını deyir

Bu barədə İranın Ermənistandakı səfiri deyib

İran Ermənistana qaz ixracını iki dəfə artıracağını deyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Ermənistana qaz ixracı yaxın gələcəkdə iki dəfə artacaq. Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani İranın SNN agentliyinə müsahibəsində bildirib.

    “Biz Ermənistana qaz ixrac edirik, əvəzində isə elektrik enerjisi idxal edirik. Biz Ermənistandan İrana üçüncü yüksək gərginlikli elektrik verilişi xəttinin tikintisini də demək olar ki, son mərhələyə çatdıra bildik. Yaxın bir neçə ay ərzində istifadəyə veriləcək və biz Ermənistandan elektrik enerjisi idxalını iki dəfə artıra biləcəyik”.