XƏBƏRLƏR / Qonşular

Ermənistanda İraq vətəndaşı 2 polisi güllələdi

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi xəbər verir

Ermənistanda İraq vətəndaşı 2 polisi güllələdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İraq vətəndaşı erməni polisinə atəş açıb: yaralananlar var.

    Ermənistanda ötən gecə əcnəbi vətəndaş Kotayk polis bölməsində avtomatdan atəş açıb, nəticədə iki hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, - Polisin mətbuat xidməti xəbər verir.

    Məlumata görə, kişi sakinlərdən alınan siqnaldan sonra saxlanılıb və polisə aparılıb. Polis bölməsində o, əməkdaşların birinin əlindən avtomatı alaraq özünə atəş açmağa cəhd edib, sonra ətrafı güllə-boran edərək atəş açıb. Nəticədə o və iki polis əməkdaşı güllə yarası alıb.

    "Sputnik Armenia" xəbər verir ki, atəş açan şəxs İraq vətəndaşıdır.

    Abovyan şəhərinin tibb mərkəzi bildirir ki, polislərdən birinin barmağı, digərinin ovucu zədələnib, əcnəbi isə döş qəfəsinin sağ nahiyəsindən yaralanıb.