Bu gün Ərdoğan İstanbulda Paşinyanı qəbul edəcək
Bu barədə Türkiyə Prezidentinin rəsmi saytı xəbər verib

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edəcək.
Bu barədə Türkiyə Prezidentinin rəsmi saytı xəbər verib.
Görüş Türkiyə Prezidentinin İstanbuldakı Dolmabaxça Ofisində, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00) keçiriləcək.
Bu arada Nikol Paşinyanla birlikdə Türkiyəyə gedən nümayəndə heyətinin tərkibi açıqlanıb. Ermənistan mediası xəbər verir ki, Ermənistanın hökumət başçısını xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan, cəmi 13 nəfər müşayiət edir.
Qeyd edək ki, bu, N.Paşinyanın Türkiyəyə ilk səfəridir.