XƏBƏRLƏR / Qonşular

Ərdoğanı və ailəsini təhqir edən 41 şübhəli tutulub

Bu barədə "TRT Haber" məlumat yayıb

Ərdoğanı və ailəsini təhqir edən 41 şübhəli tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İstanbul Baş Prokurorluğunun başlatdığı istintaqda İstanbul Böyükşəhər Bələdiyyəsini (İBB) hədəf alan korrupsiya və terror araşdırmalarına etiraz olaraq Saraçhanedə keçirilən icazəsiz nümayişlərdən sonra 41 şübhəlinin prezident Ərdoğanı və ailəsini təhqir etdiyi müəyyən edilib.

    Prokurorluq şübhəlilər barəsində “Prezidenti təhqir etmək”, “Yığıncaq və nümayişlər haqqında qanunu pozmaq”, “Vəzifəsini yerinə yetirən zabitə müqavimət göstərmək” maddələri ilə həbs qətimkan tədbiri seçib.

    İstanbul Təhlükəsizlik Müdirliyi qrupları 41 şübhəlini saxlayıb.

    Şübhəlilərin polis bölməsində dindirilməsi davam etdirilir.