XƏBƏRLƏR / Qonşular

Azərbaycanlı ekspertlər İrəvanda səfərdədirlər

Dünən Bakıdan gedən xüsusi reys saat 16:00-da İrəvanda yerə enib

Azərbaycanlı ekspertlər İrəvanda səfərdədirlər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ötən gün "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarə Ermənistanın paytaxtı İrəvana yola düşüb.

    Təyyarənin Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertləri daşıdığı bildirilir. 

    Erməni mətbuatı yazıb ki, Bakıdan gələn xüsusi reys dünən təqribən 16:00-da İrəvanda yerə enib. 

    Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzi oktyabrın 21-22-də hər iki ölkə nümayəndələrinin iştirakı ilə İrəvanda dəyirmi masa müzakirələrinin keçiriləcəyi barədə məlumat yayıb.

    Müzakirələr zamanı avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra formalaşmış sülh gündəliyi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üzrə tədbirlər, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın formalaşdırılmasının mümkün yolları, o cümlədən iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.