Türkiyə hökumətinin minimum Əmək haqqının müəyyən edilməsi komissiyasının iclası başa çatıb.
TRT Haber xəbər verir ki, iclasdan sonra Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıqhan mətbuata açıqlama verib.
O bildirib ki, 2023-cü ilin ikinci yarısında ümumi minimum əmək haqqı 13 min 214 lirə, xalis minimum əmək haqqı (tutulmalardan sonra) isə 11 min 402 lirə (821 manat) olaraq müəyyən edilib.
"Ötən ilin ikinci yarısı ilə müqayisədə minimum əmək haqqını 107 faiz artırmışıq. Minimum əmək haqqı 2002-ci illə müqayisədə nominal olaraq 61 dəfə artıb", - nazir deyib.
Qeyd edək ki, bundan əvvəl Türkiyədə ümumi minimum əmək haqqı 10 min 8 lirə, xalis 8 min 506 lirə olub.