İranın Kərəc şəhərində saxta spirtli içkidən 14 nəfər ölüb
Bu barədə İran mənbələri məlumat yayıb
IRNA-nın yaydığı məlumata görə, İranın Əlburz vilayətində saxta spirtli içkidən zəhərlənənlərin sayı 175-ə, ölənlərin sayı 14-ə çatıb.
Doktor Şəhram Sayadi bildirib: "Bu səhərə qədər spirtli içkidən zəhərlənənlərin sayı 171 nəfər idi və bir neçə dəqiqə əvvəl onların sayına daha dörd nəfər əlavə olundu. İki nəfər beyin ölümü keçirib və ailələrinin razılığı ilə onların orqanları bağışlanıb. Hazırda metanoldan zəhərlənən 35 nəfər Kərəc şəhərinin tibb məntəqələrində xəstəxanaya yerləşdirilib və müalicə olunur".
Əlburz Tibb Elmləri Universitetinin rəhbəri deyib: "Bu insanlar həzm əlamətləri, nəfəs darlığı, bulanıq görmə və başgicəllənmə ilə tibb mərkəzlərinə köçürülüb".
Əlburz polis komandiri həmçinin tərkibində metanol olan spirtli içkilərin hazırlanması və yayılmasına görə 6 nəfərin həbs edildiyini açıqlayıb.